Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ziyarətgaha gedənlər qəzada həlak oldu - 13 ölü, xeyli yaralı var

Ziyarətgaha gedənlər qəzada həlak oldu - 13 ölü, xeyli yaralı var

Tarix: 11 Aprel 2024 08:16

Pakistanın Bəlucistan əyalətinin Hab dairəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Məlumata görə, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub. İlkin versiyaya görə, sürücü çətin keçilən yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Milli.Az


Etiketlər:  Ziyarətgaha gedənlər qəzada həlak oldu 13 ölü xeyli yaralı var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ