Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 02:20
Bakı. Trend:
ABŞ yaxın bir neçə həftədə Səudiyyə Ərəbistanına əlavə qüvvələr göndərəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Trampın Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanladığı məktubda deyilir.
Məktubda bildirilir: "Səudiyyə Ərəbistanında əlavə qüvvələr yerləşdirmək barədə qərar verilib. Bu qüvvələrin bir hissəsi artıq Səudiyyə Ərəbistanındadır, digər hissəsi isə yaxın həftələrdə bu ölkəyə göndəriləcək. Bununlada, ABŞ hərbçilərinin Səudiyyə Ərəbistanındakı sayı təxminən 3 min nəfər təşkil edəcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin