Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2024 01:04
Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir.
Sonxeber.net baku tv-yə istinadla xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir.
Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var.
"İtkilər balın qiymətinə təsir edəcək. Arıçılar dərman preparatlarına pul çatdıra bilmədikləri üçün qiymətlərdə artım olacaq. Keçən il balın qiyməti 20-25 manat idisə, bu il 30-35-40 manat arasında olacaq", - Astara Arıçılıq Assosiasiyasının sədri Sərxan Nəzərov deyib.