Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eyfel qülləsində Olimpiya halqaları quraşdırılacaq

Eyfel qülləsində Olimpiya halqaları quraşdırılacaq

Tarix: 12 Aprel 2024 10:46

Parisdə 2024-cü il Olimpiadası ərəfəsində olimpiya halqaları Fransa paytaxtının əsas attraksionunda - Eyfel qülləsində quraşdırılacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Halqalar qüllənin birinci və ikinci mərtəbələri arasında təxminən 60 metr yüksəklikdə yerləşdiriləcək. Konstruksiyanın eni 29 metr, hündürlüyü 15 metr olacaq və Fransada istehsal olunan 100% təkrar emal olunmuş poladdan hazırlanacaq.

Milli.Az


Etiketlər:  Eyfel qülləsində Olimpiya halqaları quraşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ