Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB

Tarix: 12 Aprel 2024 12:08

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir.

Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var.

"İtkilər balın qiymətinə təsir edəcək. Arıçılar dərman preparatlarına pul çatdıra bilmədikləri üçün qiymətlərdə artım olacaq. Keçən il balın qiyməti 20-25 manat idisə, bu il 30-35-40 manat arasında olacaq", - Astara Arıçılıq Assosiasiyasının sədri Sərxan Nəzərov deyib.


Etiketlər:  Balın qiymətinin artacağı gözlənilir SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ