Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nikolay Baskov efirdə HammAli və Navaini təhqir etdi

Nikolay Baskov efirdə HammAli və Navaini təhqir etdi

Tarix: 12 Aprel 2024 12:25

Rusiyanın Xalq artisti Nikolay Baskov "Rossiya 1" telekanalının efirində azərbaycanlı ifaçılar HammAli (Aleksandr Əliyev) və Navaini (Nəvai Bəkirov) təhqir edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Duetlər" proqramının aparıcısı Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Conini (Cahid Hüseynli) "Azərbaycan-Şərq mafiyasının" nümayəndəsi adlandırıb. Onların üzvlərinin yalnız öz mahnılarını ifa etdiyini deyib.

Bunun ardınca Xalq artisti Emin Ağalarov Rusiyada fəaliyyət göstərən və tanınan digər azərbaycanlı ifaçıların adını sadalayıb.

Nikolay "HammAli & Navai" qrupunun adını eşitdikdən sonra üzvlərini bazarda satılan məhsullarla müqayisə edib. "Bu ərzaqlardır? Yeni "HammAli", "Navai", təzə bişmiş. Almaq istəyirsən al, istəmirsən get" deyə, aparıcı söyləyib.

HammAli Nikolayın bu "zarafatını" bəyənməyib və buna cavab olaraq sosial media hesabında paylaşım edib:

Milliyətə qarşı qərəzli münasibətə əsaslanan "yüksək intelektli yumor" Başa düşürəm ki, biz ilk dəfə, 7 il əvvəl görünəndə ad gülməli idi. Lkin indi gülməli nəsə görmürəm. Bu, mənim yaradıcı təxəllüsümdür və onun bu cür təhrif edildiyini eşitməkdən məmnun deyiləm. Bunu xoşlamıram. Bu təxəllüslə mahnı yazır, tədbirlərdə çıxış edirəm. Bu, mənim bir hissəmdir. Mövzunu uzatmayacağam".

O, həmçinin müsahibələrinin birində mövzuya toxunaraq "Bu hərəkəti yumor ustaları edəndə gülməlidir. Əgər yutubu açsaz, bizim haqqımızda zarafatlar çoxdur və buna görə heç vaxt heç kimdən inciməmişəm. Lakin nə vaxt bunu bir sənətkar edəndə və məni ələ salanda bu incidir. Lakin ona qarşı hər hansı bir aqressiyam yoxdur" sözlərini səsləndirib.

Milli.Az


Etiketlər:  Nikolay Baskov efirdə HammAli Navaini təhqir etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ