Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“O olmasın, bu olsun” tamaşası ilk dəfə ATV-də göstəriləcək - VİDEO - FOTO

“O olmasın, bu olsun” tamaşası ilk dəfə ATV-də göstəriləcək - VİDEO - FOTO

Tarix: 12 Aprel 2024 17:21

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir.

Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqinin ahəngdar sintezi, ölməz əsər və tamaşaların cəmiyyətə mənəvi təsirindən bəhs edən "SƏHNƏ" layihəsində ATV daha bir yeniliyə imza atıb.

Belə ki, tamaşaçılara dünyaşöhrətli bəstəkar, İslam dünyasında ilk operanın banisi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettası ən son quruluşda təqdim ediləcək. Tamaşa Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində lentə alınıb və özəl kanallar arasında ilk dəfə məhz ATV bu tamaşanı tam nümayiş etdirəcək.

Üzeyir Bəyin ölməz qəhrəmanlarından olan Məşədi İbadın başına gələnləri 14 aprel saat 22:30-da ATV-nin efirində izləyə biləcəksiniz.

Qeyd edək ki, layihəni müəllifi tanınmış rejissor Ələkbər Tağızadə, aparıcısı xalq artisti Fəxrəddin Manafovdur. Bu, ATV-nin Azərbaycan klassik musiqisinin və milli mədəniyyətinin təbliğinə xidmət edən layihərindən biridir.

Milli.Az


Etiketlər:  O olmasın bu olsun tamaşası ilk dəfə ATV göstəriləcək VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ