Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 08:44
Bakı. Trend:
Boliviyanın Sensata yaşayış məntəqəsində yerləşən neft emalı zavodu yaxınlığında etirazçılar və polislər arasında toqquşma baş verib.
Trend-in məlumatına görə, bu barədə "El Deber" qəzetinə ombudsman ofisinin nümayəndəsi Teresa Subyeta deyib.
T.Subyeta bildirib ki, toqquşma zamanı 3 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb. Onun sözlərinə görə, ölənlərin hamısında odlu silahdan yaralar qeydə alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin