Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib

Rusiya qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib

Tarix: 13 Aprel 2024 00:54

Rusiyanın Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Həştərxan vilayətindəki 4-cü poliqondan qitələrarası ballistik raket uğurla buraxılıb.

"Əldə edilən nəticələr Rusiya Federasiyasının strateji təhlükəsizliyinin təmin edilməsində Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir. Raket buraxılışının tapşırıqları tam şəkildə yerinə yetirilib", - məlumatda deyilir.

Milli.Az


Etiketlər:  Rusiya qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ