Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“III Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm”

“III Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm”

Tarix: 14 Aprel 2024 10:42

ABŞ-nin sabiq prezidenti Donald Tramp açıqlayıb ki, III Dünya müharibəsinin qarşısını yalnız o ala bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mən sübut edəcəm ki, bunu edə bilən yeganə şəxs mənəm. Çünki Co Bayden administrasiyasındakı adamların III Dünya müharibəsinin qarşısını necə almaq barədə heç bir fikri yoxdur", - o bildirib.

Tramp qeyd edib ki, III Dünya müharibəsi nüvə silahları və heç kimin təsəvvür edə bilməyəcəyi bir çox digər silahları tətbiq edəcəyinə görə heç birinə bənzəməyən bir müharibə olacaq.

Milli.Az


Etiketlər:  III Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ