Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2024 08:56
ABŞ BMT Təhlükəsizlik Şurasına İranın İsrailə hücumları ilə bağlı sənəd təqdim edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.
"Biz nəsə təqdim etmişik. Görək, bundan nə çıxacaq", - deyə diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ sənədə dəstəyi təmin etmək üçün bir yol tapa biləcəyinə əmin deyil:
"Biz baş verənlərə cavab verməliyik. Bu, Şuraya lazımdır".