Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş prezidenti ev dustaqlığına buraxıldı

Keçmiş prezidenti ev dustaqlığına buraxıldı

Tarix: 17 Aprel 2024 09:10

Myanmarın həbsdə olan keçmiş prezidenti Aung San Suu Kyi həbsxanadan ev dustaqlığına buraxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Myanmardakı hərbi xuntanın sözçüsü bildirib.

78 yaşlı Nobel mükafatı laureatı olmuş keçmiş prezident rüşvətdən tutmuş ölkənin telekommunikasiya qanunvericiliyinin pozulmasına qədər müxtəlif cinayətlərə görə 27 il həbs cəzası gözləyir.

O, bütün ittihamları rədd edir. O, 2021-ci ilin fevralında ölkədə çevrilişindən sonra hərbi xunta tərəfindən saxlanılıb.

Myanmardakı hərbi xunta rejimi ölkənin ənənəvi Yeni il bayramı münasibətilə müntəzəm amnistiyaya əsasən 3300-dən çox məhbusun əfv olunduğunu da elan edib.

Bildirilib ki, qətl, terror və narkotik ittihamı da daxil olmaqla ciddi cinayətlərə görə məhkum olunanlar istisna olmaqla, digər məhkumların da həbs müddəti azaldılacaq.

Milli.Az


Etiketlər:  Keçmiş prezidenti ev dustaqlığına buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ