Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda müxalifət əhalini aksiyaya çağırdı

Gürcüstanda müxalifət əhalini aksiyaya çağırdı

Tarix: 17 Aprel 2024 15:52

Gürcüstanın müxalif partiyalardan olan deputatları hakim "Gürcü Arzusu" partiyasının "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsini parlamentdə birinci oxunuşda dəstəkləməsi ilə əlaqədar etiraz aksiyası çağırışı edib.

Milli.Az APA-ya istinadən bildirir ki, parlament müxalifəti vətəndaşları "ölkənin gələcəyinin qorunması üçün" axşam saat yeddidə parlamentin qarşısına toplaşmağa çağırıb. Deputatlar birgə bəyanatlarında hakim partiyanın təsisçisi Bidzina İvanişviliyə qarşı qətiyyətli mübarizəyə başlayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, qanun layihəsinə etiraz olaraq parlament binasının ətrafında keçirilən etiraz aksiyaları bu günədək əsasən vətəndaş cəmiyyəti təşkilatları tərəfindən təşkil olunub.
 

Milli.Az


Etiketlər:  Gürcüstanda müxalifət əhalini aksiyaya çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ