Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vitse-spiker: Həyata keçirilən islahatlar onu deməyə imkan verir ki, gələn il vergi daxilolmaları artacaq

Vitse-spiker: Həyata keçirilən islahatlar onu deməyə imkan verir ki, gələn il vergi daxilolmaları artacaq

Tarix: 20 Noyabr 2019 14:42

Bakı. Trend:

Sosial-iqtisadi islahatlar, inkişafın bütün parametrləri üzrə qarşıya qoyulan vəzifələr, hökumətin vətəndaşlar qarşısındakı öhdəlikləri sahəsindəki hədəflərə çatmaq üçün gəlinən ümumi qənaət ondan ibarətdir ki, 2020-ci ilin büdcə paketinə daxil olan sənədlər və nəzərdə tutulan imkanlar bütün bu proseslərin həyata keçirilməsini təmin edəcək. Bir sözlə, gələn ilin inkişaf parametrlərinə tam uyğun şəkildə hazırlanan dövlət büdcəsi Azərbaycanın iqtisadi yüksəlişinə, əhalinin sosial rifahının daha da gücləndirilməsinə, mədəni və humanitar sahələrdə görülən işlərə, o cümlələdən ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun döyüş imkanlarının daha da artırılmasına xidmət edəcək.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova parlamentin komitələrinin birgə iclasındakı çıxışı zamanı deyib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, gələn ilin dövlət büdcəsinin icrasından gözləntilər həm də qeyri neft-sektorundan daxilolmaların artması və bunun da nəticəsində büdcədə neft amilindən asılılığın azaldılmasıdır. Həyata keçirilən islahatlar və qarşıya qoyulan vəzifələr onu deməyə imkan verir ki, gələn il vergi daxilolmaları artacaq. Xüsusilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsindəki proseslər nəzərdə tutulan hədəflərə çatmağı təmin edəcək. Bütün bunlar həm də biznesin, orta sahibkarlığın inkişafına dəstək verəcək. Eyni zamanda, büdcədən ayrılan xərclərin səmərəliliyinin artırılması, şəffaflığın və hesabatlılığın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılacaq.

B.Muradova onu da əlavə edib ki, regional inkişafa, bölgələrdə məşğulluğun təmin olunmasına, kənd təsərrüfatının inkişafına dair prioritetlərin yerinə yetirilməsinə, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət edəcək istiqamətlərdə siyasətin həyata keçirilməsi ilə bağlı məsələlərin yüksək səviyyədə maliyyələşməsi büdcə paketində nəzərə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Vitse spiker Həyata keçirilən islahatlar deməyə imkan verir gələn vergi daxilolmaları artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ