Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Həm "Neftçi"yə, həm də oğluma olan sevgim bitməz" - Açdığı plakatla məşhurlaşan ata

Tarix: 21 Aprel 2024 14:50

Dünən Misli Premyer Liqasının XXI turunda "Zirə" "Neftçi"ni məğlub etdi - 3:1.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, görüşdən sonra "qartallar"ın üzvü Fuad Bayramovun atasının matç zamanı qaldırdığı "Oğlum Fuad, qol vur, atan sevinsin!" pankartı gündəm oldu. Müdafiəçinin də qarşılaşmada fərqlənməsi sosial media istifadəçilərinin marağına səbəb oldu. Etibar dayı ilə əlaqə saxlayaraq sevincini bizimlə bölüşməsini istədik. Qocaman futbol azarkeşi açdığı pankartla, oğlunun futbolda çəkdiyi əziyyətlərlə bağlı fikirlərini belə ifadə etdi:

"8 yaşımdan "Neftçi" azarkeşiyəm. 40 ildən çoxdur. Futbola olan həvəsim Fuada keçib. Oğlumun bu günə gəlib çıxmağında mənim futbola olan sevgimin rolu olub. İstəyirəm ki, hər zaman yanında olum və dəstəkləyim. Harada oynasa, onunla olacam. Plakatın rəmzi mənasında demək istədim ki, həm "Neftçi"yə, həm də Fuada olan sevgim bitməz. Oğlum bilir ki, bu yollarda nə qədər əziyyət çəkmişik. Fuadın bura gəlib çıxmasında çəkdiyi əziyyətləri dünyada ikinci bir futbolçu çəkməyib. Ona görə də bir ata kimi onu dəstəkləyib, motivasiya olmağa çalışmışam. Onun qələbələri, qolları məni sevindirir. Qol vurması da təəssüf ki, "Neftçi"nin oyununa təsadüf etdi. "Neftçi" də mənim 40 ildir aşiq olduğum, sevdiyim klubdur. İnşallah, oğlumun qollarının ardı gələr. Hər iki komandaya sevgim, simpatiyam var. Oğluma görə oyun günü dedim ki, güclü olan qalib gəlsin".

Milli.Az


Etiketlər:  Həm Neftçiyə həm oğluma olan sevgim bitməz Açdığı plakatla məşhurlaşan ata


RƏYLƏR