Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropanın amansızları: “Qarabağ”la “Vikinqur”

Avropanın amansızları: “Qarabağ”la “Vikinqur”

Tarix: 22 Aprel 2024 14:36

"Qarabağ" 2024-cü ildə keçirdiyi bütün oyunlarda ən azı 2 qol vurub.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Ağdam kubu Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısında keçirdiyi 13 görüşün hamısında rəqib qapısına bir dəfədən artıq yol tapıb.

Bu, davam edən seriyalar arasında Avropanın şərikli rekordudur. Yalnız "Vikinqur" Farer adaları çempionatındakı son 13 matçında eyni dərəcədə amansız olub. "Köhnə qitə"nin üçüncüsü "Srvena Zvezda" 12 matçlıq seriyaya malikdir.

Avropadan kənarda isə daha uzun seriyalar var. Malayziyada "Darul", Səudiyyə Ərəbistanında "Əl-Hilal" ardıcıl 17 dəfə 2 və ya daha çox qol vurub.

Qeyd edək ki, "Qarabağ" 2024-cü ildə bütün turnirlərdə keçirdiyi matçlarda 2 və ya daha çox qol vurub. 13 çempionat görüşündən başqa ölkə kubokunda 3, Avropa Liqasında 4 dəfə meydana çıxan Qurban Qurbanovun yetirmələri ümumilikdə 20 oyundur belə məhsuldarlıq göstərirlər.


Etiketlər:  Avropanın amansızları Qarabağla Vikinqur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ