Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə ard-arda 10 zəlzələ oldu

Bu ölkədə ard-arda 10 zəlzələ oldu

Tarix: 22 Aprel 2024 16:32

Tayvanın şərq sahillərində 5,7 maqnitudada zəlzələ baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 18:50-də Xualyan əyalətində baş verib. Zəlzələ 10 kilometr dərinlikdə yerləşib.

Qeyd edilib ki, itki və dağıntılar barədə məlumat daxil olmayıb.

Bundan başqa, bazar ertəsi yerli vaxtla saat 17:52-dən başlayaraq bir saat ərzində bu əyalətdə ard-arda 10 yeraltı təkan baş verib ki, onlardan ikisi 5 maqnitudada olub.

Milli.Az


Etiketlər:  Bu ölkədə ard arda 10 zəlzələ oldu


RƏYLƏR