Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2024 16:45
"Kişinin qadın qədər baxımlı olması mənə çatmır".
Sonxeber.net xəbər verir ki, bu sözləri müğənni Yaşar Yusub "Düzünə qalsa" verilişində deyib.
İfaçı estetik əməliyyatlar etdirən kişi həmkarlarını tənqid edib:
"Gəlib yaş 50-yə çatıbsa və ehtiyac varsa, aşırı pis görünürsə, etmək olar. Yox, 30-35-40 yaşda nəyə lazımdır? Lazım deyilsə, özün-özünə oyun çıxartmaq istəyirsənsə, ayrı. Durduğunuz yerdə boş-boş işlər görmək lazım deyil. Ayıbdır".