Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 18:44
"Tottenhem"də baş məşqçi vəzifəsindən dünən istefaya göndərilən Maurisio Poçettino "Bavariya"nı çalışdıra bilər.
Qol.az-ın xəbərinə görə, bu barədə "Bild" məlumat yayıb. Bildirilib ki, Münhen klubu bu mövsümün sonu baş məşqçi vəzifəsinə argentinalı mütəxəssisi gətirməyi planlaşdırır. Ancaq yaya qədər o, alman dilini öyrənməldir. Bu təklifi klubun sabiq prezidenti Uli Heness irəli sürüb.
Qeyd olunub ki, Bundesliqa təmsilçisinin rəhbərliyində hər kəs Poçettinonun namizədliyini dəstəkləyir. "Bavariya"nın idman direktoru Hasan Salihamidjiçin 47 yaşlı çalışdırıcının böyük pərəstişkarı olduğu vurğulanıb.
Xatırladaq ki, "Bavariya" noyabrda baş məşqçisi Niko Kovaçı istefaya göndərib. Onun səlahiyyətlərini müvəqqəti olaraq Hans-Diter Flik icra edir.