Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Panathinaikos”da Fatih Terim qərarı

“Panathinaikos”da Fatih Terim qərarı

Tarix: 24 Aprel 2024 09:18

"Panatinaikos"un prezidenti Giannis Alafouzos, liqa sıralamasından asılı olmayaraq Fatih Terimlə davam edəcək. Yeni mövsüm üçün hazırlıq düşərgənin proqramı müəyyənləşib. Transfer işlərinə start verilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Yunanıstanın nəhəng klublarından olan "Panatinaikos"u çalışdıran Fatih Terimlə bağlı vacib proseslər yaşanır. 

Milli komanda və "Qalatasaray"la qazandığı uğurlarla əfsanəyə çevrilən təcrübəli çalışdırıcı növbəti mövsüm üçün planlar qurmağa başlayıb.

Uğurlu məşqçinin "Panatinaikos"un prezidenti Cannis Alafouzos ilə görüşdüyü və növbəti mövsüm üçün planlar qurmağa başladığı öyrənilib.

Terim bu mövsüm liqa sıralamasından asılı olmayaraq Yunanıstan komandasında işləməkdə davam edəcək.

Fatih Terim yeni mövsüm üçün hazırlıq düşərgəsi yerini təyin edib və Avstriya ilə bağlı qərar verilib. Terimin siyahısına uyğun olaraq növbəti mövsüm üçün oyunçu axtarışları başlanıb.

Milli.Az


Etiketlər:  Panathinaikosda Fatih Terim qərarı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ