Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2024 17:35
"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur".
Sonxeber.net bildirir ki, bu sözləri Azxeber.com-un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib.
"Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşəm ki, yox. Bu sadəcə Pərvinin şanssızlığıdır ki, Azərbaycanda belə rejissorların əlinə düşüb, ondan düzgün istifadə edə bilmirlər. Digər aktrisalar ki, var, deyirlər mən bu qiymətə çəkilirəm, inanın səmimiyyətimə yalan deyirlər. Hamısı ilə işləmişəm, aldıqları pullardan da xəbərdaram. Göstəriş xatirinə mən, mən deyirlər. Azərbaycanda heç bir rejissor onların dedikləri məbləğləri vermir, heç vaxt da verməyəcək. "Təhminə və Zaur" serialında o vaxt Pərvin çəkiləcəkdi. Rejissor istədiyi pulu vermədi deyə, çəkilmədi. O rolu başqasına verdilər, amma o qədər də uğurlu olmadı. Amma hansısa reklam şirkəti var ki, Pərvini çəkmək istəyir, hə, dediyi pulu da verir. Azərbaycan seriallar aktyorlara yüksək pullar vermir. Buna görə də mən artıq son illərdə heç bir serialda rol almıram. Bu sadəcə vaxt itkisidir, məvacibi də çox az".