Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2024 11:55
Tanınmış aktyor Cavidan Novruz "Komedixana" kollektivindən ayrıldığını bildirib.
Sonxeber.net bildirir ki, lent.az-a müsahibə verən aktyor bunu işlərinin çoxluğu səbəbi ilə etdiyini bildirib.
"Düzünü desəm, bu kollektivlə o qədər yaxşı münasibətlərimiz var ki, ayrıldığımı hələ nə özüm, nə onlar qəbul edə bilmir. Hər şey yaxşıdır, dostluq münasibətlərimiz davam edir. Sadəcə işlərin çoxluğu belə tələb etdi. Komedixana mənə çox şey qazandırdı",- deyə o qeyd edib.
"Aktyor nə zamansa "Komedixana"ya qayıdacasınızmı?" sualının cavabını "Bunu zaman göstərər" şəklində verib.
Cavidan Novruzla müsahibəni "Lent.az" saytında bu gün izləyə biləcəksiniz.