Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızının toyundan küsüb gedən məşhur cütlük imiş - YENİLƏNİB - FOTO

Qızının toyundan küsüb gedən məşhur cütlük imiş - YENİLƏNİB - FOTO

Tarix: 29 Aprel 2024 17:00

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb.

Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib.

Hətta bu barədə M. Eyubova "Evdəkilərə salam" proqramında üstü örtülü şəkildə danışıb:

"Kimsə küsüb gedib, çağırsın məni toya. Deməyəcəm, mən harada oturacağam, əksinə ona dəstək olmalıyam. Gedib qapının yanında dayanaram. Məni qarşılayan olmadı, küsüb gedim? Heç vaxt mən getdiyim yerdə eqo göstərməmişəm ki, niyə məni gec çağırdınız. Mən gedib küçədə kimisə qarşılaya bilmərəm. Küsüb gedən, gəlməyən hər kəs sağ olsun".

--------

12:02

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Evdəkilərə salam" verilişində deyib.

Xanəndə qızı Nəzrinin bir neçə gün əvvəl baş tutan toyundan danışıb:

"Gəlməyən bir nəfər var idi. Ola bilsin ki, işi olmuşdu. Allah canını sağ etsin. Toya çağırdığın yaxının, dostun olur. Biz oğlan-qız toyu bir yerdə olduğu halda, 500 adam çağırdıq. Cəmi bir masada sənət adamları oldu. Çox az idi. Kimsə küsüb gedib, çağırsın məni toya. Deməyəcəm, mən harada oturacağam, əksinə ona dəstək olmalıyam. Gedib qapının yanında dayanaram. Məni qarşılayan olmadı, küsüb gedim? Heç vaxt mən getdiyim yerdə eqo göstərməmişəm ki, niyə məni gec çağırdınız. Mən gedib küçədə kimisə qarşılaya bilmərəm. Küsüb gedən, gəlməyən sağ olsun".


Etiketlər:  Qızının toyundan küsüb gedən məşhur cütlük imiş YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ