Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2024 19:48
İstanbul şəhərinin bələdiyyə başçısı Əkrəm İmamoğlunun HƏMAS-ın terror təşkilatı olduğu barədə çıxışı İranın sosial media platformalarında ona qarşı təbliğata yol açıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, kampaniya hökumətə bağlı platformalarda aparılır.
Bu günə kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "Fələstinə xəyanət"də günahlandıran platforma indi də İmamoğlunu hədəf alıb.
Onlar İstanbul merinin "sionizmin dəstəkçisi" olduğunu, müsəlmanlara qarşı "soyqırım"a bəraət qazandırdığını iddia edirlər.
Qeyd edək ki, Əkrəm İmamoğlu CNN telekanalına müsahibəsində HƏMAS-ı terror təşkilatı kimi tanıdığını deyib.