Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Onda kasıb adamlar piyada gedirdilər, indi imkanlılar...”

“Onda kasıb adamlar piyada gedirdilər, indi imkanlılar...”

Tarix: 30 Aprel 2024 02:05

"O vaxt pulumuz yox idi, atamgil də əziyyət çəkməsinlər deyə oxuduğum universitetə kilometrlərcə yolu piyda gedirdim".

Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, illər öncə yaşadığı çətinliklərdən danışıb:

"6-7, hətta 10 kilometr yolu piyada getmişəm. Sən demə, bu, idman imiş. Onda kasıb adamlar piyada gedirdilər, indi imkanlılar... 97-ci ilə qədər marşruta belə minməyə  pulumuz olmayıb. Çətin idi. Atamgil məcburi köçkün idilər. İmişlidə çadırda qalırdılar. Onları incitməmək üçün demirdim. Bu günümüzə şükür. O qədər çətinliklər görmüşük ki..."

Teleaparıcı Naxçıvan Dövlət Universitetində təhsil aldığı dönəmlərdən də söz salıb:

"92-93-cü illər idi. Naxçıvanın ən çətin zamanları idi illər. Orada məcbur idim piyada gəzməyə. Bəzən heç tramvay da işləmirdi. Universitetə piyada gedib, piyada da qayıdırdım. Bakıda da oxuyanda piyada gedirdim universitetə".


Etiketlər:  Onda kasıb adamlar piyada gedirdilər indi imkanlılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ