Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2024 20:50
2-ci Bundesliqa təmsilçisi "Herta"nın yarımmüdafiəçisi Aymen Barkok Berlindəki gecə klublarından birində döyülüb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Bildirilib ki, hadisə bazar günü səhər saat 4.30-da baş verib. Barkok nəticədə üzünə bir neçə ağır zərbə alıb, bundan sonra onun burnu və yanaq sümükləri də daxil olmaqla sınıqları aşkar edilib. Almaniyalı oyunçu əməliyyat olunub və hazırda xəstəxanadadır.
Polis artıq bu hadisəni araşdırır və "Herta" sosial şəbəkələrdə bəyanat yayıb.
Xatırladaq ki, Barkok "Herta"da icarə əsasında çıxış edir və müqavilə ilə "Maynts"a məxsusdur. Almaniyalı futbolçu bu mövsüm 27 oyuna çıxıb və 2 qol vurub.