Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2024 01:40
Rumıniyada mayın 5-dən 24-dək NATO-nun "Swift Response 24" hava-desant təlimi keçiriləcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Ümumilikdə manevrlərə NATO-nun 7 ölkəsindən və onların tərəfdaşlarından 5 min hərbi qulluqçu və 320 hərbi texnika cəlb olunacaq.
"Təlim çərçivəsində Almaniya, İspaniya, Niderland, Rumıniya, ABŞ və Fransadan 2 minə yaxın paraşütçünün iştirakı ilə İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük hava-desant əməliyyatlarından biri həyata keçiriləcək", - məlumatda bildirilib.