Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən zəngin rusların sərvəti 15 milyard dollardan çox artdı

Ən zəngin rusların sərvəti 15 milyard dollardan çox artdı

Tarix: 1 May 2024 12:10

Ən varlı rusların sərvəti bu ilin əvvəlindən 15,5 milyard dollardan çox artıb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi"ndə deyilir.

Məlumata görə, ilin əvvəlindən "Eurochem" və "SUEK"in həmtəsisçisi Andrey Melniçenko 5,51 milyard dollar qazanıb və onun sərvəti 24,3 milyard dollara yüksəlib.

Hesabat dövründə "Severstal"ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 4,86 ​​milyard dollar artaraq 25,8 milyard dollara çatıb. Eyni zamanda, "NLMK"nın direktorlar şurasının sədri Vladimir Lisin sərvətini 3,62 milyard dollar artıraraq 27,6 milyard dollara çatdırıb.

Milli.Az


Etiketlər:  zəngin rusların sərvəti milyard dollardan çox artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ