Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2024 16:42
Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 2023/24 mövsümünə yekun vurulub.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bu gün XX turun oyunları keçirilib.
"Record club" yarışdan kənarlaşdırıldığı üçün "Baku Fire" 3 xalı meydana çıxmadan qazanıb. "Neftçi" bu dəfə meydana legionerlərsiz çıxıb və "Yasamal Bakı"ya 15:6 hesabı ilə qalib gəlib. Yüksək Liqada mövsümün son matçında isə "Araz-Naxçıvan" U-19-un qapısından 8 cavabsız top keçirib.
Bu oyundan sonra komandalara və ən yaxşılara mükafatlar təqdim olunub. Vitali Borisova ən yaxşı baş məşqçi, 57 qol vuran "Neftçi"nin üzvü Reza Abgouna isə ən məhsuldar oyunçu nominasiyası üzrə mükafat verilib. "Neftçi" bürünc, "Baku Fire" gümüş, "Araz-Naxçıvan" isə qızıl medallar və çempionluq kubokunu alıb. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.