Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2024 16:14
Qeyri-strateji nüvə silahları ilə keçirilən təlimlər Qərbdən Ukraynaya qoşun yeritməyə hazır olduqları barədə bəyanatlarla bağlıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Peskov bu bəyanatları təhlükəli adlandırıb:
"Gərginliyin eskalasiyasının bu yeni mərhələsi misilsizdir, xüsusi diqqət və xüsusi tədbirlər tələb edir".
Qeyd edək ki, Prezident Vladimir Putinin tapşırığına əsasən, Rusiya Baş Qərargahı aviasiya və dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələrinin təlimlərinə hazırlığa başlayıb. Təlimlərdə qeyri-strateji nüvə hazırlığı təkmilləşdiriləcək.