Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Szinpin Parisdə elan etdi: Fələstin dövlətinin yaradılması…

Szinpin Parisdə elan etdi: Fələstin dövlətinin yaradılması…

Tarix: 7 May 2024 01:46

Çin Sədri Si Szinpin mayın 6-da Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Çin-Fransa-AB üçtərəfli görüşündə iştirak edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Szinpin Çinin AB ilə birlikdə İsrail-Fələstin münaqişəsi üzrə ikidövlətli həllin həyata keçirilməsi üçün konkret cədvəl və "yol xəritəsi" hazırlamaq məqsədi ilə daha geniş, daha nüfuzlu və effektiv beynəlxalq sülh konfransının çağırılmasını dəstəkləməyə hazır olduğunu bildirib.

O ümid etdiyini bildirib ki, AB qurumları Çin haqqında düzgün təsəvvür formalaşdıracaq və Çinə qarşı pozitiv siyasət yürüdəcək.

Szinpin vurğulayıb ki, Çin-Avropa münasibətləri güclü daxili hərəkətverici qüvvəyə və geniş inkişaf perspektivlərinə malikdir və onlar heç bir üçüncü tərəfə qarşı yönəlməyib və heç bir üçüncü tərəfə arxalanmamalı və ondan asılı olmamalıdır.


Etiketlər:  Szinpin Parisdə elan etdi Fələstin dövlətinin yaradılması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ