Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bodibildinq üzrə Avropa çempionu Vətəndə belə qarşılandı - FOTOlar

Bodibildinq üzrə Avropa çempionu Vətəndə belə qarşılandı - FOTOlar

Tarix: 7 May 2024 09:24

İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq Avropa çempionu olan Pərviz Qasımov və komandanın digər üzvləri - Emin Çaqayev və Şükran Soltanov gecə saatlarında Vətənə qayıdıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, idmançıların yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bundan əvvəl Pərviz Qasımov Bakıda keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq mütləq çempion olmuşdu.

O eyni zamanda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.

Qeyd edək ki, bodibildinq yarışında ölkəmizi təmsil edənlər arasında Rauf Əliyev də yer alıb. İdmançımız I yeri qazanaraq Avropa və Overall çempionu olub.

Milli.Az


Etiketlər:  Bodibildinq üzrə Avropa çempionu Vətəndə belə qarşılandı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ