Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Taliban"ın gəlir mənbəyi olan narkotik laboratoriyaları bombalandı

Tarix: 7 May 2019 11:40

Bakı. Trend:

Əfqanıstan Silahlı Qüvvələri ABŞ başda olmaqla koalisiya qüvvələri ilə birgə ölkənin qərbində Fərəh vilayətində hava əməliyyatı keçirib. Trend-in məlumatına görə, əməliyyat nəticəsində azı 150 "Taliban" döyüşçüsünün məhv edildiyi bildirilir. Həmçinin çoxsaylı yaralı olduğu deyilir.

Bundan başqa, aviazərbələr nəticəsində narkotik istehsal edən 68 laboratoriyanın dağıdıldığı qeyd edilir.

Məhv edilən bu laboratoriyaların hər gün "Taliban"a 1 milyon dollar gəlir gətirdiyi qeyd edilir.


Etiketlər:  Talibanın gəlir mənbəyi olan narkotik laboratoriyaları bombalandı


RƏYLƏR