Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikol Paşinyan: Bizim real Ermənistana baxışımız budur

Nikol Paşinyan: Bizim real Ermənistana baxışımız budur

Tarix: 7 May 2024 13:08

Nikol Paşinyan mətbuat konfransında ölkəsi üçün əhəmiyyətli olan bəzi məsələləri şərh edib:

Sonxeber.net Paşinyanın çıxışından bəzi vacib məqamları təqdim edir:

Ermənistan deyirik - Ermənistan Respublikası başa düşürük

Status - müstəqil xarici siyasət yeridən müstəqil suveren Ermənistan. Daxili münasibətlərdə də suverenlik çox önəmlidir. Ermənistanda nəyi etmək olar, nəyi etmək olmaz, yalnız Ermənistan xalqı qərar verir

Ermənistan Respublikasının ərazisi - 29743 kv.km

İctimai sistem - parlament demokratiyası

Ermənistan Respublikasının mövcud olmasının məqsədi Ermənistan vətəndaşlarının və

Ermənistanda yaşayan insanların azadlığını, xoşbəxtliyini və rifahını təmin etməkdir. Ermənistan

Respublikasının əsas məqsədi tarixi ədalətə xidmət etmək, milli gündəmə xidmət etmək deyil,

Ermənistan vətəndaşlarının azadlığını, xoşbəxtliyini və rifahını təmin etməkdir. Və burada heç bir ziddiyyət yoxdur. İstənilən erməni Ermənistan vətəndaşı ola bilər

Hüquq sistemi  - xalqın təsdiq etdiyi qanuna əsaslanan ədalətdir.

İqtisadi sistem - əmək və sahibkarlıq azadlığına əsaslanan sosial ədalətdir.

Regional mühit - Gürcüstan və İranla mehriban qonşuluq münasibətlərinin dərinləşdirilməsi və inkişafı, Türkiyə və Azərbaycanla düşmənçiliyin aradan qaldırılması, regional nəqliyyat inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, onların dərinləşməsi və inkişafı.

Təhlükəsizlik - xarici əlaqələrin şaxələndirilməsi, ordu islahatı, hərtərəfli təhlükəsizlik və müdafiə sisteminin həyata keçirilməsi.

Hərəkətlərin (prosedurların) ardıcıllığı - bütün qərarlarımız yuxarıdakı baxışlara əsaslanır.

Biz iqtisadi nizamı belə təsəvvür edirik: əmək və sahibkarlıq azadlığına əsaslanan sosial ədalət.

Biz elə bir vəziyyətdəyik ki, heç bir təhlükəsizlik zəmanətimiz yoxdur, indi təhlükəsizlik zəmanətləri yaradırıq.

Yalnız sülh Ermənistanın təhlükəsizliyinə təminat verə bilər.

Bu gün Ermənistanda təhlükəsizlik zəmanətinin yaradılması prosesi gedir. Tavuş bölgəsində quraşdırılan sərhəd dirəkləri bizim təhlükəsizlik təminatının sütunlarıdır.

Delimitasiya prosesi aparıldıqca, müharibə zərurəti itir.

Ermənistan tarixində ilk dəfə olaraq biz öz suveren qərarlarımızla, öz əlimizlə təhlükəsizlik təminatları yaradırıq.


Etiketlər:  Nikol Paşinyan Bizim real Ermənistana baxışımız budur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ