Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başladı

Putin beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başladı

Tarix: 7 May 2024 13:20

13:17

Rusiya prezidenti Vladimir Putin beşinci dəfə prezident kimi and içib.

Milli.Az APA-ya istinadən bildirir ki, andiçmə mərasimi Böyük Kreml Sarayında baş tutub.

2600 qonağın iştirak etdiyi andiçmə mərasimi Rusiyanın dövlət bayrağı, Rusiya prezidentinin ştandartının və ölkə konstitusiyasının Böyük Kreml Sarayının Georgiyevsk, Aleksandrovski zallarından keçirilərək andiçmə mərasiminin keçiriləcəyi Andreyevski zalına gətirilməsi ilə başlayıb.

Daha sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri səhnəyə çıxıblar.

Putin Kremlin birinci korpusunda yerləşən iş otağından andiçmə mərasiminin keçiriləcəyi Andreysvki zalına yola düşüb.

Putin and içib və beşinci dəfə dövlət başçısı səlahiyyətlərinə başlayıb.

----------
13:01


Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir.

Milli.Az xəbər verir ki, tədbir Kremldə təşkil olunub.

Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. 

Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28% səslə qalib gələrək beşinci dəfə Rusiya prezidenti seçilib.

Milli.Az


Etiketlər:  Putin beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ