Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2024 13:54
Türkiyənin ən məşhur yutuberlərindən olan Ruhi Çenetin kanalı üçüncü dəfə oğurlanıb.
Sonxeber.net olay-a istinadən bildirir ki, onun 9 milyon abunəçisi olan kanalına haker hücumu olub. Kanalı ilk dəfə sındırıldığı zaman bütün videolarının silindiyini və təxminən 300 min abunəçisini itirdiyini açıqlayan Ruhi Çenet 1 milyon lirə zərər etdiyini açıqlamışdı.
Onun kanalının bu dəfə həm profil şəklinin, həm də adının dəyişdiyi görülüb.