Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Szinpin 400 nəfərlik heyətlə Serbiyaya gəldi

Szinpin 400 nəfərlik heyətlə Serbiyaya gəldi

Tarix: 8 May 2024 08:42

Serbiya Prezidenti Aleksandr Vuçiç Belqrad hava limanında Çin Xalq Respublikasının sədri Si Szinpini təntənəli şəkildə qarşılayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tanjuq" agentliyi məlumat yayıb.

Çin lideri yerli vaxtla saat 21:35-də Belqrada eniş edib və burada onu Vuçiç, Baş nazir Miloş Vuçeviç və parlamentin sədri Ana Brnabiç təntənəli şəkildə qarşılayıblar.

Si Szinpinin başçılıq etdiyi Çin nümayəndə heyətinin təntənəli qəbulu bu gün Belqradda planlaşdırılır. "Serbiya Palatası"nın hökumət kompleksində 400 nəfərlik Çin nümayəndə heyətinin səfəri ilə bağlı mərasim keçiriləcək. Həmçinin bayram naharı təşkil olunacaq, burada Çin Prezidenti ənənəvi serb təamlarından dadacaq, həmçinin serb və çincə musiqi proqramı ilə tanış ola biləcək.

Milli.Az


Etiketlər:  Szinpin nəfərlik heyətlə Serbiyaya gəldi


RƏYLƏR