Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2024 23:18
Təxminən 15-20 min məhbus Ukrayna Silahlı Qüvvələrində xidmət edə bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın hakim "Xalqın Xidmətçisi" fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya deyib.
"Onlardan neçəsinin müqavilə imzalayacağını bilmirik, çünki bu, tərəflərin razılığı ilə baş verəcək", - D.Araxamiya bildirib.
Qeyd edək ki, bu gün Ukrayna Ali Radası müəyyən kateqoriyalı məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına göndərilməsinə razılıq verib.