Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2024 21:58
Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili xarici agentlərlə bağlı qanuna görə istefa verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyus Georgia" (NewsGeorgia) məlumat yayıb.
"Qanun layihəsinin reinkarnasiyası ("Xarici təsirin şəffaflığı haqqında") ilə əlaqədar dostlarımız və xarici tərəfdaşlarımızla münasibətlərdə yaranmış vəziyyət və əhval-ruhiyyə mənim Gürcüstanın Fransa Respublikasında və Monakoda fövqəladə və səlahiyyətli səfiri kimi missiyamı hədsiz dərəcədə çətinləşdirir. Müvafiq olaraq, mən indiki vəzifəmdə səlahiyyətlərimə vaxtından əvvəl xitam verilməsi xahişi ilə artıq birbaşa rəhbərlərimə müraciət etmişəm", - diplomatın bəyanatında deyilir.
O, qərarının kiminsə xeyrinə və ya zərərinə siyasi demarş olmadığını vurğulayıb.
"Mən çox tərəddüddən sonra artıq öhdəsindən gələ bilməyəcəyimi düşündüyüm yükdən qurtulmaq istəyirəm", - səfir bildirib.
Qeyd edək ki, Qərbin ciddi narazılıq və təzyiqlərinə baxmayaraq, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi Gürcüstan parlamentində ikinci oxunuşda qəbul edilib.