Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən yaxşı futbolçusu adına 20 namizəd

Dünyanın ən yaxşı futbolçusu adına 20 namizəd

Tarix: 10 May 2024 15:16

"Globe Soccer Awards" mükafatına namizəd olan futbolçular açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, dünyanın ən yaxşısı adına 20 namizəd iddia edir.

Bunlar Alessandro Bastoni, Cud Bellinqem, Hakan Çalhanoğlu, Fil Foden, Antuan Qrizmann, Qrimaldo, Seru Qirassi, Erlinq Haland, Mats Hummels, Harri Keyn, Yozua Kimmix, Lautaro Martines, Toni Kroos, Kilian Mbappe, Koul Palmer, Rodriqo, Bukayo Saka, Məhəmməd Salah, Bernardo Silva və Vinisius Juniordur. Bu mükafat adətən dekabrda təqdim olunsa da, bu dəfə qalib mayın 28-də açıqlanacaq.

Qeyd edək ki, Avropa Klublar Assosiasiyası ilə futbol agentlərinin birgə təsis etdiyi mükafatın təltifetmə mərasimi İtaliyada təşkil olunacaq. 2023-cü ilin ən yaxşısı Erlinq Haland seçilib.

Milli.Az


Etiketlər:  Dünyanın ən yaxşı futbolçusu adına 20 namizəd


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ