Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalkinin 11 yaşlı oğlu ilə paylaşdığı FOTOları başına bəla oldu

Qalkinin 11 yaşlı oğlu ilə paylaşdığı FOTOları başına bəla oldu

Tarix: 10 May 2024 23:14

Ölkəsində "xarici agent" statusu alan məşhur yumorist Maksim Qalkin Rusiyadan qaçdıqdan sonra ailəsi ilə birlikdə İsrailə gedib. O, Moskvadan ayrıldıqdan sonra pul qazanmaq üçün çox vaxtını sevdiklərindən uzaq keçirməli olub. Qalkin müxtəlif ölkələrdə konsertlər verir və həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçovanı və iki uşağını nadir hallarda görür. 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, hazırda ailəsi ilə birgə Kiprdə yaşayan Qalkin sosial şəbəkədə 11 yaşlı oğlu Harri ilə çəkilən yeni fotosunu paylaşıb. 

"Ata-balanın yarıçılpaq halda, şortda hovuzun kənarında dincəlməsi əks olunub. İzləyicilərin əksəriyyəti şəkildə Maksimlə övladı Harrinin üzündəki təbəssümə və xoşbəxt ailə tablosu yaratmasına inanmayıb, əslində onların bədbəxt olmasını və qohumları üçün darıxdığını yazıblar. 

Qeyd edək ki, Alla Puqaçova 2022-ci ilin fevralında ailəsi (əri Maksim Qalkin və uşaqları - əkiz Liza və Harri) ilə birlikdə Rusiyanı tərk edib.

Hazırda məşhur ailə İsraildə yaşayır. Qalkin ölkəsinin apardığı xüsusi əməliyyata fəal şəkildə qarşı çıxır və Rusiya hakimiyyətinin hərəkətlərini tənqid edir.
Bir müddət əvvəl Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin bildirib ki, Baş Prokurorluq onun tələbi ilə Alla Puqaçovanın "xarici agent "kimi tanınması proseduruna başlayıb. Lakin Puqaçova hələ bu siyahıya düşməyib. 


Etiketlər:  Qalkinin yaşlı oğlu ilə paylaşdığı FOTOları başına bəla oldu


RƏYLƏR