Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 yaşlı uşağın faciəvi ölümü

10 yaşlı uşağın faciəvi ölümü

Tarix: 13 May 2024 14:32

Ordunun Gölköy rayonunda dünən evlərinin yaxınlığındakı fındıq bağında dostları ilə oynayan Kadir Efe Kayhanın (10) üzərinə telefon dirəyi aşıb.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, ailəsinin xəbəri üzərinə hadisə yerinə polis və tibb işçiləri sövq edilib.

Ağır yaralanan Kadir Efe Kayhan ilk müdaxilənin ardından təcili yardımla Gölköy Dövlət Xəstəxanasına, daha sonra Ordu Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Burada müalicə alan uşağı bu gün səhər edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Polis qrupları hadisə ilə əlaqədar araşdırma başladıb.
 

Milli.Az


Etiketlər:  yaşlı uşağın faciəvi ölümü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ