Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2024 18:10
Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayev vətəndaş nikahında olduğu həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
K.Bişimbayev Qazaxıstan Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinib.
Xatırladaq ki, o, 2023-cü il noyabrın 9-da qohumu və qətlin baş verdiyi restoranın direktoru ilə birlikdə saxlanılıb.
Onun əmisi oğlu, "Qastro Mərkəzi"nin direktoru Baxıtjan Bayjanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.