Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya klubu "Barış pınarı"na dəstək olan futbolçu ilə yolları ayırdı

Almaniya klubu

Tarix: 21 Noyabr 2019 22:48

Almaniyanın “Sankt Pauli” klubu türkiyəli futbolçusu Enver Cenk Şahinlə müqaviləni ləğv edib.
 
Qol.az 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, 25 yaşlı futbolçu  Türkiyənin Suriyadakı "Barış pınarı" hərəkatına dəstək olduğu üçün ötən ay heyətdən kənarlaşdırılmışdı. Oyunlarda və məşqlərdə iştirak etmək hüququndan məhrum edilən yarımmüdafiəçi isə Türkiyəyə qayıtmaq məcburiyyətində qalmışdı. Enver Cenk Şahin formada qalmaq üçün yetirməsi olduğu “Başakşəhər”in düşərgəsində məşqlər edirdi.
 


Etiketlər:  Almaniya klubu Barış pınarına dəstək olan futbolçu ilə yolları ayırdı


RƏYLƏR