Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2024 15:06
Rusiyadan ucuz enerji resursları ala bilmədiyi üçün Avropa ölkələri biznes modelini dəyişməli olacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Versalda biznes konfransında çıxışı zamanı deyib.
"Əgər Avropanı Çin, yaxud ABŞ-la müqayisə etsək, o zaman vəziyyət elə də yaxşı deyil. Biz biznes modelimizi dəyişməliyik. Biznes modelimiz Rusiyadan ucuz enerji resursları, Çinə əla ixrac bazarı və Mərkəzi Avropada ABŞ-ın geosiyasi çətiri altında istehsalın təşkili üzərində qurulub. Avropa modelinin bu sütunları öz fəaliyyətini dayandırır", - deyə Makron bildirib.