Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konvoya hücum: iki zabit öldü, Muxa qaçdı – Makron şokdadır

Konvoya hücum: iki zabit öldü, Muxa qaçdı – Makron şokdadır

Tarix: 14 May 2024 21:46

Fransada məhbus daşıyan konvoya hücum edilib, nəticədə iki nəzarətçi öldürülüb, 3 nəzarətçi isə ağır yaralanıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, hadisə Normandiya bölgəsində baş verib. Nəzarətçilər Ruanda məhkəmədən sonra "Muxa" ləqəbli Məhəmməd Amranı həbsxanaya aparırmış. Məhbus qaçmağa nail olub.

Cinayətkarların tapılması üçün bir neçə yüz polis və jandarma cəlb olunub.

"Həbsxana əməkdaşlarının həyatına son qoyan bu səhər hücumu hamımız üçün şok oldu", - Fransa Prezidenti Makron hadisə ilə bağlı açıqamasında bildirib.


Etiketlər:  Konvoya hücum zabit öldü Muxa qaçdı Makron şokdadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ