Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2024 09:00
ABŞ-dakı siyasi təfəkkürün İsrailin törətdiyi qətliamların qarşısını alacağını düşünmürəm.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan NTV-yə müsahibəsində deyib.
"Niyyət ola bilər. ABŞ universitetlərində etirazlar var. Bu, siyasilərə müəyyən mesajlar verir. İsrailin fəaliyyəti hər keçən gün Qərbə, o cümlədən ABŞ-a baha başa gəlir.
Bir çox ölkə İsrail məsələsində addım atmaqdan çəkinir - ABŞ, o cümlədən Qərbin yaratdığı qavrayış və özlərinə tətbiq etdiyi məhdudiyyətlərdən dolayı..." - deyə Fidan bildirib.