Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur serialın ikinci mövsümü bu tarixdə yayımlanacaq

Məşhur serialın ikinci mövsümü bu tarixdə yayımlanacaq

Tarix: 16 May 2024 22:14

"Netflix"in məşhur serialı "Squid Game"in ikinci mövsümünün yayım tarixi açıqlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, serialın ilk mövsümü 2021-ci ilin sentyabrında "Netflix"də doqquz epizodda yayımlanıb.

Məlumata görə, ekran əsərinin yeni bölümləri dekabrdan etibarən izləyicilərin görüşünə gələcək.

"Netflix" hələ rəsmi olaraq ikinci mövsümün premyera tarixini açıqlamayıb, lakin layihənin baş direktoru Ted Sarandos yeni mövsümün 2024-cü ilin ikinci yarısında çıxacağını bildirib.

Qeyd edək ki, 2022-ci ildə serial 14 "Emmi" mükafatına namizəd olub və onlardan altısını qazanıb.

Milli.Az


Etiketlər:  Məşhur serialın ikinci mövsümü tarixdə yayımlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ