Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2019 11:16
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda erkən nikahların sayı xeyli azalıb.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
H.Hüseynova bildirib ki, Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayı ən çox 2011-ci ildə olub: "2011-ci ildə 5138 bu cür hal var idi. O zaman biz təklif etdik ki, Ailə Məcəlləsinə dəyişiklik olsun və nəticədə 2012-ci ildən bu göstərici azaldı. 2018-ci ildə bu rəqəm 338 olub”.
Komitə sədrinin sözlərinə görə, 2011-ci ildə 15-17 yaşlı qızların dünyaya gətirdiyi uşaqların sayı 4392 idisə, 2018-ci ildə bu rəqəm 2129 olub: "Biz çalışırıq ki, bu məsələ də aradan qalıdırılsın. Bunun üçün müvafiq qurumlarla birgə fəaliyyət aparırıq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin