Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ məhsullara rüsumu artıracağı təqdirdə Çinin CAVABI nə olacaq?

ABŞ məhsullara rüsumu artıracağı təqdirdə Çinin CAVABI nə olacaq?

Tarix: 7 May 2019 12:24

Bakı. Trend:

Rəsmi Pekin ABŞ-ın mayın 10-dan etibarən Çin mallarına qoyulan rüsumu 25 faiz qaldıracağı təqdirdə iqtisadiyyatın stimullaşdırılması ilə bağlı tədbirlər paketi qəbul etməyi düşünür.

Trend-in məlumatına görə, ölkə analitikləri belə fikir səsləndiriblər. Qeyd edilir ki, bu tədbirlərin köməyi ilə rüsumun artması ilə dəyə biləcək ziyan qismən yüngülləşdiriləcək.

Tədbirlər paketinin isə ilk növbədə avtomobil, məişət texnikası istehsalı, eləcə də ticarət rəqabətinə azdavamlı kiçik müəssisələrə şamil ediləcəyi qeyd edilir.

Paketdə xarici investorlar üçün daha güzəştli şərtlərin təklif edilməsi də nəzərdə tutulur.


Etiketlər:  ABŞ məhsullara rüsumu artıracağı təqdirdə Çinin CAVABI olacaq


RƏYLƏR